Logo

Qeyri-neft sektorunda vergi yığımları kəskin artıb - RƏQƏMLƏR

Qeyri-neft sektorunda vergi yığımları kəskin artıb - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz artaraq 1 milyard 76,7 milyon manat təşkil edib”.

Sfera.az xəbər verir ki, bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.

Nazir bildirib ki, neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9 faiz artaraq 939,8 milyon manata çatıb.

Xatırladaq ki, ötən ilin ilk 2 ayında qeyri-neft sektorunun özəl bölməsi üzrə 743 milyon manat vergi toplanmışdı. Bu ilin eyni dövründə toplanan verginin məbləği 333 milyon manatdan çox artıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR