Daha güclü hücumlara hazırlaşır... - Rusiyadan yeni taktika

11:15 / 30.03.2022
2082
Rusiya yeni taktika tətbiq edə bilər.
Sfera.az bildirir ki, bu barədə "Bloomberg”də yazı dərc olunub. Məlumata əsasən, rəsmilər Rusiyanın geri çəkilməsinin taktiki olduğunu irəli sürüblər. Mütəxəssislər Rusiyanın geri çəkildiyinə və ya müharibənin sonu ilə bağlı "yaşıl işıq” yandırdığına dair heç bir işarə görə bilmədiklərini söyləyiblər.
Rusiya rəsmisi, "Hərbi əməliyyatın azaldılması atəşkəs və ya qoşunların Kiyev ətrafından çıxarılması demək deyil. Rusiya hələ də Ukraynanın qəbul etməyəcəyi tələbləri irəli sürür", - deyə bildirib.
Mətbuata danışan və adının açıqlanmasını istəməyən başqa bir rəsmi rus ordusunun ilk bir ayda verdiyi itkiləri kompensasiya etmək üçün qısa müddətə geri çəkildiyini açıqlayıb. 16 mindən çox əsgərinin şəhid olması və saysız-hesabsız texnikanın itirilməsi nəticəsində cəbhədə çətin günlər keçirən Rusiya ordusunun bir müddət sonra hücumlarına davam edəcəyi iddia edilib.
Qeyd edək ki, Rusiya ordusunun Kiyev və Çerniqov vilayətlərindən çəkilməsi ilə bağlı açıqlamalar verən Zelenski danışıqlara baxmayaraq, Rusiyanın hücumlara davam etdiyini demişdi:
"Danışıqlar masasında müsbət işarələr var. Amma bu əlamətlər Rusiya bombalarının yaratdığı partlayışları susdurmur".
Günay Rəsulqızı
Sfera.az