ABŞ İranla bağlı vəd verdi – Heç vaxt…

17:39 / 29.03.2022
1756
İranla mümkün nüvə sazişindən əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsraili və onun Körfəzdəki müttəfiqlərini İranın heç vaxt nüvə silahına sahib olmayacağına inandırmağa çalışıb.
Sfera.az xəbər verir ki, Blinken İsrailin xarici işlər naziri Yair Lapidlə keçirdiyi mətbuat konfransında, "İkimiz də razıyıq, ikimiz də qərarlıyıq ki, İran heç vaxt nüvə silahına malik olmayacaq”, - deyə bildirib.
O, Bəhreyn, Misir, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və İsraildən ibarət anti-İran ittifaqını əmin edib ki, Tehranın İnqilab Keşikçiləri Qvardiyasının terrorçular siyahısından çıxarılması tələbini qəbul etməyəcəklər.
Əzizə Zeynal