Uill Smit parlamentə dəvət edildi

Uill Smit parlamentə dəvət edildi
Amerikalı aktyor Uill Smit Böyük Britaniya parlamentinə dəvət edilib.
 
Sfera.az bildirir ki, buna səbəb aktyorun ötən gün Amerika Kino Akademiyasının "Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı Kris Roka vurduğu şillə olub. 

Mühafizəkar deputat Dehenna Davison hadisədən sonra Uillə məktub yazaraq, onun millət vəkillərinə müraciət etməsini xahiş edib. Davison məktubda atasının bir yumruqla öldüyü uşaqlıq təcrübəsindən də danışıb:

"Rokun zarafatının gülməli olmadığını düşünsəm də, bu mühüm platformadan yaxşılıq deyil, zorakılığı təbliğ etmək üçün istifadə etdiyinizə görə çox məyus oldum. 13 yaşım olanda atam başından aldığı tək zərbədən öldü. Həyatım alt-üst oldu və məni siyasətə sövq edən də bu idi. Buna görə də sizi yaxınlarını bir yumruqla itirənlərin hekayələrini eşitmək üçün parlamentə dəvət edirəm. Keçmişdə etdiklərimizi dəyişdirə bilmərik, amma gələcəyimizi formalaşdıra bilərik. Zəhmət olmasa, bir yumruqluq  hücumlar haqqında məlumatlılığın artırılmasına kömək etmək üçün mənə qoşulun. Başqalarının ailəmin və daha çoxunun çəkdiyi ağrıları yaşamasının qarşısını alın”.

Xatırladaq ki, "Oskar” mərasimi zamanı komediya ustası Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib. Smit oturduğu yerdən qalxaraq səhnəyə gedib və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb və oradan Roka söyüş söyüb. Bu zaman verilişin səsi kəsilib. 
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....