Azərbaycanda adambaşına gəlir 7 min dollara çatacaq - Proqnoz

14:13 / 29.03.2022
6285
2022-ci
ildə xam neftin, təbii qazın, neft məhsullarının, həmçinin digər bir çox əmtəənin
qiymətinin yüksəlməsi Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM)
nominal dəyərinin xeyli artmasına səbəb olacaq.
Sfera.az
bildirir ki, hökumətin proqnozuna əsasən 2022-ci ildə Azərbaycanda ÜDM
istehsalı 86,6 milyard manata yüksələcək. Bu proqnoz hazırlanan zaman neftin
ortaillik qiymətinin 50 dollar olacağı təxmin edilirdi. Amma ilk 3 ayın nəticələri
göstərir ki, neftin orta qiyməti çox yüksək olacaq.
Bu il "Brent” neftinin orta qiymətinin 90 dollar səviyyəsindən aşağı düşməyəcəyi proqnozlaşdırılır.
Bu gözlənti özünü doğruldarsa, ÜDM istehsalının 100 milyard manatı ötməsirealdır. Çünki neft bahalaşdıqda neft məhsulları, təbii qaz və digər sənaye əhəmiyyətli
məhsulların qiyməti xeyli yüksəlir. Buna görə də neftin dəyərinin artması ümumi
məhsul istehsalının dəyərinə birbaşa və dolayı müsbət təsirlərə sahibdir.
İlk 2 ayın
nəticələri cari ildə istehsalın həcminin kəskin artacağından xəbər verir.
2022-ci ilin yanvar və fevral ayları ərzində
ÜDM istehsalının dəyəri 19,2 milyard manat olub və adambaşına düşən məhsul
istehsalı 1910 manat təşkil edib.
Mövcud
aylıq dinamika davam edəcəyi təqdirdə ilin yekununda istehsalın həcmi 110milyard manatı, adambaşına düşən gəlir isə 10,5 min manatı ötəcək.
Neftin və
digər əmtəələrin bahalaşması ilə əlaqədar ÜDM-in həcminin sürətlə artmasını
2021-ci ildə də müşahidə edilib. Ötən il 83 milyard manat dəyərində məhsul
istehsalı gözlənilirdi. Ancaq ilin yekununda istehsal 93 milyard manata çatdı.
İstehsalın
proqnozdan 10 milyard manat çox olması neftin qiymətinin 67 dollara yüksəlməsi
ilə bağlı idi.
Bu il
neftin orta qiyməti daha yüksək olacağından ÜDM istehsalının 110 milyard
manatı, hətta 120 milyard manatı ötməsi realdır.
Əgər ən
yaxşı proqnozlar özünü doğruldarsa, o halda, ölkəmizdə ÜDM istehsalının dəyəri
dollar ifadəsində 70,58 minə, onun adambaşına düşən hissəsi isə 7 minə çatacaq.
Xatırladaq
ki, indiyə qədər dollar ifadəsində ən yüksək istehsal göstəricisi 2014-cü ildə
qeydə alınıb. Həmin tarixdə ümumi istehsal həcmi 75 min dollara, adambaşına düşən
gəlir isə 7,9 min dollara yüksəlmişdi.
Yenidən bu
səviyyəyə çatmaq üçün ÜDM istehsalı 127 milyard manatı, adambaşına düşən gəlirnəzərə alındığında isə 136 milyard manatı ötməlidir.
Vasif