Logo

Pandemiya yol qəzalarının sayını artırıb

Pandemiya yol qəzalarının sayını artırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı ölkələrində 2021-ci ildə  yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2020-ci illə müqayisədə 5% artıb - ölüm sayı 1000 nəfər artıq olub.

Sfera.az-ın məlumatına görə, bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, qeyd edilən faktın müxtəlif səbəbləri var:

"Lakin hesab edirəm ki, səbəblər sırasında  pandemiya ilə bilavasitə bağlı olan 3 amil də ola bilər. Birincisi, ictimai nəqliyyatın işi fasilələrlə olsa da dayandırıldığından, habelə ayrı-ayrı insanların ictimai nəqliyyatda yoluxmadan qorxması səbəbindən fərdi avtomobillərdən istifadə halları çoxaldı. Fərdi avtomobillərdən istifadənin yüksəlməsi isə qəzaların və ölümlərin artmasına təkan verir.

Pandemiya insanların gündəlik həyatını, əhval-ruhiyyəsini xeyli dərəcədə alt-üst etdi. Nəticədə cəmiyyətin psixogen durumu bir az pisləşdi, aqressiya, diqqətsizlik və s. neqativ məqamlar artdı. Bu da yollarda sürücü və piyada səhvlərinin artmasının, qəzaların çoxalmasının əsas təkanvericilərindən biridir”.

Ekspert qeyd edib ki,  pandemiya müəyyən dövlət qurumlarının, xüsusən də ictimai qaydaya nəzarət edən polisin, habelə səhiyyə sisteminin də işini xeyli artırıb:

"Nəticədə yol hərəkəti təhlükəsizliyinə diqqət azaldı. Bu da qəzaların artmasına, habelə vaxtında tibbi yardım göstərilməməsi səbəbindən ölüm hallarının çoxalmasına şərait yaradan amillərdən biridir”.

Xatırladaq ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda da yol-nəqliyyat hadisələrinin və bu hadisələrdə ölənlərin sayı 2020-ci  illə müqayisədə artıb.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR