Rusiya Ukrayna ilə bağlı 3 tələbindən vaz keçdi

Rusiya Ukrayna ilə bağlı 3 tələbindən vaz keçdi
Rusiya Ukrayna ilə bağlı 3 tələbindən imtina edib.
 
Sfera.az bildirir ki, bu barədə dünya mediasında iddialar səsləndirilib. Belə ki, İngiltərənin nüfuzlu qəzetlərindən olan "Financial Times”a danışan mənbələr,  tərəflərin bəzi addımlar üzərində razılığa gəlməyə yaxın olduqlarını bildiriblər. Hələlik tərəflər arasında rəsmi razılaşma olmadığı üçün adlarını açıqlamayan mənbələr Rusiyanın bir müddətdir tələb etdiyi "Ukraynanı nasistlərdən təmizləmək” şərtindən imtina etdiyini qeyd edib.

Digər tərəfdən, sözügedən mənbələr Rusiyanın Kiyevin hərbi dəstək almaması şərti ilə Avropa Birliyinə qoşulmasına  müsbət yanaşmağa başladığını irəli sürüblər. Qəzetə danışan dörd fərqli mənbə də razılaşmanın, Ukraynanın NATO üzvlüyündən imtina etməsi şərtindən asılı olduğunu deyib.

"Financial Times”a danışan şəxslər atəşkəs sənədləri layihəsində müharibənin başlanğıcında Rusiyanın tələb etdiyi "de-nasistlər”, "silahsızlaşdırma” və "Ukraynada rus dilinin hüquqi müdafiəsi” tələblərinin yer almadığını bildiriblər. Onlar, həmçinin bu gün İstanbulda baş tutacaq  sülh danışıqlarında atəşkəs qərarının mümkünlüyünü də vurğulayıblar. "Financial Times”  Rusiyanın bir aydan artıqdır davam edən işğalının səngidiyinə də diqqət çəkib. Qəzetə açıqlama verən Ukrayna prezidenti Zelenskinin partiyasının lideri, eyni zamanda Kiyevin danışıqlar qrupunun üzvü David Arakhamia tərəflərin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşmaya yaxın olduğunu söyləyib:  "Danışıqlar başlayandan bəri bütün məsələlər masadadır. Amma həll olunmamış məsələlər də var". "Financial Times”a danışıqlardan xəbəri olan mənbə isə belə deyib: "Rusiyanın mövqeyi həm hərbi təzyiq, həm də Kiyevin tələbləri baxımından günü-gündən dəyişir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...

Bu tibbi Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.   Sfera.az bildirir ki,  Tr...

NASA "Qanlı Ay"ın görüntüsünü paylaşdı - FOTO

2025-ci ilin ilk tam Ay tutulması baş verib. Dünyada nadir müşahidə olunan bu təbiət hadisəsi zamanı Ay qırmızı rəngə bürünüb.    Sfera.az &ldqu...

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...