Vaxtsız ölümlərin açarı olan MASKALAR: "Bundan imtina edilməsə..." - Professordan həyəcan TƏBİLİ
Media
12:10 / 28.03.2022
2495
Artıq dünyanın bir sıra ölkələrində koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Bunlardan biri də maskalarla bağlıdır. Bəzi ölkələr yalnız açıq havada maska tələbini ləğv etsə də, bəziləri həm də bunu qapalı məkanlara şamil edib. Məsələn, bu gündən etibarən Polşada maska rejimi yalnız tibb müəssisələrində qüvvədə qalacaq.
Sfera.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru Musa Qəniyev bildirib ki, maska taxmaq COVID-19-dan qorunmaya, nəinki tam zəmanət vermir, əksinə, virusun göz alması və çənəaltı nahiyyədə yüksək qatılıqda toplanmasına, potensial viral aktivlik və lokal sahədə virus yükünün kəskin yüksəlməsinə səbəb olur:
"Maskadan uzunmüddətli istifadə diskоmfort, emosional stress, dəri səthinin zədələnməsi, dermatit, piy vəzlərinin iltihabı, irinli prişiklərin əmələ gəlməsi və bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur. Digər tərəfdən, maskadan uzunmüddətli istifadə orqan və sistemlərdə oksigen aclığına şərait yaradır. Bu hal, xüsusən onkoloji xəstələr, aterosklerozlu şəxslər, eləcə də yaşla bağlı degenerativ gedişli baş beyin patologiyası olan və ya buna meyilli şəxslərdə, məlum xəstəliklərin kəskinləşməsində əsas risk faktoru sayılır. Eyni maskadan əksər hallarda təkrar istifadə edilir. Birdəfəlik maskadan hətta spirtləyib təkrar istifadə etdikdə belə, infeksiyaya yoluxma riski maska taxmamaqla müqayisədə bir neçə dəfə yüksək olur”.
Professor qeyd edib ki, COVID-19-a yoluxan şəxslərin maska taxması xaricə qovulan virus yükünü süstləşdirdiyi və əks istiqamətli hərəkətinə səbəb olduğu üçün, infeksiyanın proqnozuna münasibətdə çox arzuolunmaz hal sayılır:
"Koronaviruslu xəstə "özünü təcrid” rejiminə keçibsə, digərlərini yoluxdurmaq qorxusu yoxdursa, onun daimi maska taxması əks göstərişdir. Maska taxılan zaman virusun xaric olmasına maneə yarandığından, burunun selikli qişasında virusun konsentrasiyası artır. Bu da qoxu siniri vasitəsilə baş beyinə transformasiya olunan virus yukünü kəskin artırdığından, qoxu soğanağı sahəsində ikincili "virus ocağı” yaratmaqla, çox ciddi və ağır baş beyin patologiyalarının meydana çıxmasına səbəb ola bilər.
Maskanı yalnız kəskin "qrippoz” əlaməti - öskürək, asqıraq və s. olan şəxslər, bu əlamətlərin yalnız davam etdiyi müddətdə taxmalıdır. Azərbaycanda da maska, vaksin pasportu, buster doza kimi məhdudiyyət və zərurətlər aradan qaldırılmalıdır. Düz 5 aydan sonra, yəni növbəti payız aylarında viral infeksiyaların kəskin artımı baş verəcək. Fəsad və vaxtsız ölümləri görmək istəmiriksə, buna mütləq əməl olunmalıdır”.
Günay Rəsulqızı