Rusiyanın Qarabağ \"OYUNU\": \"Dəyirmanın suyu haradan gəlir?\" - ŞƏRH

Rusiyanın Qarabağ \
"Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatdakı ifadələr təxribatdır. Özü də məqsədli. İndiki həssas məqamda bunu başqa cür qiymətləndirmək mümkün deyil”.

Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı durumla bağlı yaydığı bəyanata verdiyi cavabı şərh edərkən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Sfera.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə müharibə apardığı bir zamanda Qarabağda gərginliyin artması təsadüfi deyil:

"Proseslərə diqqət edək. Əvvəlcə rus generalları ölkəmizə gəldi. Həftələrdir ictimaiyyət arasına çıxmayan Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə danışdı. Bundan sonra isə sözügedən təxribat oldu.
 
Ola bilsin, Şoyqu ilə Zakir Həsənovun müzakirəsi Kremlin maraqlarına cavab verməyib. Ehtimal var ki, Rusiya müdafiə naziri Qarabağda Azərbaycan silahlı qüvvələrinin hərəkətlənməsi barədə iradını bildirib və rəsmi Bakı buna əhəmiyyət verməyib. Hər halda ciddi strateji əhəmiyyətə malik Fərrux kəndinin ordumuzun nəzarətinə keçməsi Moskva üçün arzuolunan deyil”.

Eskpert qeyd edib ki, Kreml son addımları ilə göstərmək istəyir ki, başı müharibəyə qarışsa da, Cənubi Qafqaz diqqətindən kənarda deyil:

"Görünür, Ukrayna məsələsində Azərbaycanın haqlı mövqeyi Rusiyanın narazılığına səbəb olub. İstənilən halda Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səslənən bəyanatlar, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası fonunda oxşar sabotajlar gözlənilən idi. Belə provokasiyaların, qıcıqlandırıcı addımların bundan sonra da davam etməsi istisna deyil”.

K. Novruzovun sözlərinə görə, Rusiya başa düşməlidir ki, belə addımlarla ikitərəfli əlaqələrə zərbə vurur:

"Gərginliyin daha bir müddət davam etməsi mümkündür. Amma əvvəllər də dediyimiz kimi, proseslər Bakı və Ankaranın maraqlarına, regiondakı əməkdaşlığa, sabitliyə uyğun formada inkişaf etməkdədir. Heç nə, heç bir əngəl buna mane ola bilməz”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhə...

Zaqatalada iki maşın toqquşdu -Xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub.   Sfera.az xəbər verir ki, Zaqatala rayonu Muxax kəndində 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə ...

Bu şirkət LƏĞV OLUNDU

Ləğv prosesində olan Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-yə məxsus "Azərlizinq" şirkəti ləğv olunduğunu elan edib. ...

"Əgər ABŞ prosesə müdaxilə etməsə, xalq inqilabı başlayacaq..." - Cənubi Koreyada nələr olur?

Son günlər Cənubi Koreyada vəziyyət gərginləşir. Belə ki, prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edərək ölkədə hərbi vəziyyə...

Başqırdıstanda YENİ QANUN - Əcnəbilər daha çox vergi ödəyəcək

Başqırdıstanda patentlə işləyən əcnəbilərin vergisi artırılıb.   Sfera.az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı qanunu region rəhbəri Radiy...

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçiril...