Şimali Koreyadan dünyaya YENİ TƏHDİD: Raketlə ABŞ-ı vuracaq?
11:02 / 28.03.2022
763
Ötən həftə yeni "Hwasong-17" tipli qitələrarası ballistik raketi sınaqdan keçirən Şimali Koreya lideri Kim Çen In gərginliyə səbəb olacaq yeni açıqlamalar verib.
Xatırladaq ki, Şimali Koreya ötən həftə 2022-ci ilin 11-ci raket sınağını reallaşdırıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına baxmayaraq, sınaqlarını davam etdirən Pxenyanın bu addımına Yaponiya, Cənubi Koreya və ABŞ-dan sərt reaksiyalar gəlib. Şimali Koreyanın yeni hazırladığı raketlə ABŞ-ı vura biləcəyi iddiaları qlobal təhlükəsizlik narahatlığına səbəb olub.
Günay Rəsulqızı
Sfera.az bildirir ki, bu barədə Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, ölkə lideri atılan raketin hazırlanmasında əməyi olan rəsmilər, elm adamları, texniki və digər işçilərlə keçirilən görüşdə ölkəsinin hücum imkanlarını inkişaf etdirməyə davam edəcəyini deyib:
"Biz yalnız zərbə imkanları, heç kim tərəfindən dayandırıla bilməyən böyük hərbi qüvvə ilə təchiz olunmaqla müharibənin qarşısını ala, ölkənin təhlükəsizliyini təmin edə, imperialistlərin bütün təhdid və şantajlarından özümüzü müdafiə edə bilərik. Yeni raket, həmçinin ABŞ-ın istənilən hərbi əməliyyatının qarşısını almağa kömək edəcək”.
Şimali Koreyanın raket proqramına toxunan Kim, "Bütün çətinliklərə baxmayaraq, müdafiə fəaliyyətlərimizə ciddi şəkildə riayət edəcəyik”, - deyə vurğulayıb.