Ermənilər yeni hiyləyə əl atır: \"Bakı Ukrayna müharibəsindən istifadə edərək...\"

Ermənilər yeni hiyləyə əl atır: \
"Ermənistan rəsmiləri və erməni separatçıları yeni hiyləyə əl atıblar. Onlar son açıqlamalarında Qarabağdakı son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirirlər”. 

Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ermənilər demək istəyirlər ki, Azərbaycan Rusiyanın Ukraynada müharibəyə başının qarışmasından istifadə edərək Qarabağdakı mövqelərini gücləndirir:

"Anlamırlar ki, Ukraynada müharibə olmasaydı belə biz qarşımızda dayanan hədəflərə çatmalıyıq: 

1. Separatçılar tərki silah olunmalı; 
2. Xocalı qəsəbəsi və Şuşanın kəndləri boşaldılmalı; 
3. Laçın dəhlizi nəzarətimizə keçməli; 
4. Qarabağın tamamı Azərbaycan qanunları ilə idarə olunmalıdır. 

Ermənistan rəsmiləri və Qarabağ separatçıları son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirərkən Kremlin qorxusundan Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanat haqqında danışmaq istəmirlər. Həmin bəyanatın birinci bəndinə görə, Qarabağda separatçı qalmamalı və rusiyalı hərbçilər Azərbaycana hədəflərinə çatmaqda mane olmamalıdırlar”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR