Şoyqu üzə çıxsa da, iddiaların ardı-arası kəsilmir: İclasda niyə hərbi formada olmayıb?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Dmitri Peskovun açıqlamasından sonra Sergey Şoyqunun efirə çıxmasının özü belə bəzi şübhəli məqamları ortaya qoyur.
"Məsələ ondadır ki, Putin Təhlükəsizlik Şurasının operativ iclasında Sergey Şoyqunu özündən aralı tutmuşdu. Putinin bu tipli davranışları ilə artıq konkret mesajlar verdiyini hərkəs bilir. İclasın digər bir maraqlı faktı da Şoyqunun hərbi geyimdə olmaması və Rusiya ordusunun Baş Qərargah rəisi Gerasimovun iştirakı olmadan baş tutmasıdır.
1 aylıq Rusiya-Ukrayna müharibəsində rus ordusu 6 general daxil olmaqla, 15 300-dən artıq hərbiçi itirib. Bu vəziyyətdən prezident Putin də narazıdır. Şoyqu isə itkilərdə əsas günahkar olaraq görünür”.
Turan Rzayev
Sfera.az






