Putinlə \"Harry Potter\"in müəllifi arasında qalmaqal yarandı - Bu müqayisəyə qəzəbləndi
12:42 / 26.03.2022
1027
Dünən Rusiya sənətçiləri üçün keçirilən görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin Qərbin ölkəsini kənarda qoymasını cinsi kimliklə bağlı fikirlərini bölüşdükdən sonra bəzi dairələrin sərt reaksiyalarına məruz qalan "Harry Potter" kitablarının müəllifi Coan Roulinqin vəziyyəti ilə müqayisə edib.
Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ideoloji "mədəniyyət müharibələri”ni Rusiyanın Ukraynanı faktiki işğalı ilə müqayisə edən Putin, "Dünyanın hər yerində kitab satsalar da, uşaq kitabı müəllifi Coan Roulinqi sırf cinsi tələblərə cavab vermədiyi üçün kənarlaşdırdılar”, - deyib.
Putin çıxışını belə davam etdirib:
"Bu gün minillik bir ölkəni, xalqımızı məhv etməyə çalışırlar. Mən Rusiya ilə bağlı hər şeyə qarşı bir sıra Qərb ölkələrində yaranmış və yayılmaqda olan ayrı-seçkilikdən danışıram.
Çaykovski, Şostakoviç və Raxmaninov afişalardan çıxarılır, rus yazıçıları və onların kitabları qadağan edilir. Sonuncu dəfə belə bir kampaniya 90 il əvvəl nasistlər tərəfindən aparılmışdı".
Rusiya liderinin müqayisəsinə qəzəblənən məşhur yazıçının cavabı sərt olub.
Roulinq Tvitter hesabında Rusiyanın Ukraynaya təcavüzünü pisləyərək, "Mülki insanları qətlə yetirən, tənqidçiləri həbs edib zəhərləyənlərin indi Qərbi tənqid etməməsi daha yaxşı olardı", - deyə yazıçı bildirib.
Əzizə Zeynal
Sfera.az