COVİD-19 bitməmiş YENİ TƏHLÜKƏ: Ebolaya bənzər ölümcül virus yayılır

COVİD-19 bitməmiş YENİ TƏHLÜKƏ: Ebolaya bənzər ölümcül virus yayılır
İngiltərədən gələn yeni xəbər yenidən ölümcül viruslara diqqət çəkib.

Sfera.az bildirir ki, ölkədə Ebolaya bənzər virusa yoluxma halına rast gəlindiyi bildirilib. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatının verdiyi açıqlamaya görə, virus Orta Asiyadan İngiltərəyə səyahət edən qadında aşkarlanıb. Səlahiyyətlilər, hadisənin hələlik kütlə sağlamlığı üçün risk törətmədiyini, lakin diqqətli olmaq lazım olduğunu söyləyiblər.
 
Məlumata görə, "Krım-Konqo hemorragik qızdırması” adlanan xəstəlik iribuynuzlu mal-qara üzərində yaşayan gənə dişləməsi ilə ötürülür. Çox təhlükəli və ölümcül virus olan CCHF virusu Ebola ilə müqayisə edilib.

Sözügedən virusun pandemiyaya səbəb olmadığı, lakin dünyanın bir çox yerində endemik var olduğu qeyd olunub. Bu yerlərin başında Afrika, Balkanlar, Yaxın Şərq və Asiya ölkələri gəlir.
 
Virus daşıdığı aşkarlanan qadına Kembric Universiteti xəstəxanasında diaqnoz qoyulduğu açıqlanıb və onun hazırda Londondakı xəstəxanalardan birində müalicə olunduğu bildirilib. Viroloq Susan Hopkins "Epidemiya haqqında danışmaq çətindir, çünki bu xəstəliyin insandan insana keçmə riski azdır. Ancaq hər kəs xəstəliyin endemik olduğu ölkələrdən keçdiyini və hansı təhlükələr yaratdığını bilməlidir”, - deyə söyləyib. 

Xəstəliyin "Hyalomma” adlı gənə növündən keçdiyi diqqətə çatdırılıb və bu növün Asiya, Avropa və Şimali Afrikada görüldüyü açıqlanıb. Yay aylarında artan bu gənələr tərəfindən dişlənilən insan dərhal müalicə olunmazsa, 3 gün ərzində ölüm baş verir. Xəstəliyin simptomları Ebolaya çox oxşardır - bunlara qəfil şiddətli baş ağrısı, yüksək hərarət, oynaq ağrıları, qarın ağrısı və şiddətli qusma daxildir. Ağır hallarda bu simptomlar davranış dəyişiklikləri və qavrayış pozğunluğu ilə müşayiət olunur. Digər tərəfdən, mütəxəssislər hər kəsi çox diqqətli olmağa çağırır, çünki bu xəstəliyin simptomları COVİD-19-un simptomları ilə qarışdırıla bilər. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ani diqqətsizlik qəzaya səbəb oldu - VİDEO

“Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur”.   Sfera.az xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliy...

Sumqayıtdakı partlayışda xəsarət alanların SON DURUMU

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambu...

"Cənubi Koreya prezidenti vətən xaini elan edilə bilər" - “Yonhap”

Cənubi Koreya prezidenti vətənə xəyanətdə ittiham edilə bilər.   Sfera.az bildirir ki, bu barədə “Yonhap” agentliyi yazıb. Qeyd olunub ki...

Azərbaycanda ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

2025-ci ildən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən...

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhə...

Zaqatalada iki maşın toqquşdu -Xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub.   Sfera.az xəbər verir ki, Zaqatala rayonu Muxax kəndində 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə ...