Putin Sergey Şoyqunu işdən çıxarıb? - 12 gündən sonra üzə çıxan nazirin şübhə doğuran GÖRÜNTÜLƏRİ

Putin Sergey Şoyqunu işdən çıxarıb? - 12 gündən sonra üzə çıxan nazirin şübhə doğuran GÖRÜNTÜLƏRİ
Rusiyanın müdafiə naziri Sergey Şoyqu 12 gündən sonra üzə çıxsa da, Kremlin nazirlə bağlı paylaşdığı görüntülər şübhə doğurub.

Sfera.az bildirir ki, Qərb mediası Şoyqunun köhnə kadrlarından istifadə edildiyini iddia edib. Belə ki, Vladimir Putinin Rusiyanın hərbi planlarının ABŞ və Böyük Britaniya kəşfiyyatına sızması, rus qoşunlarının meydanda yaşadığı uğursuzluqlar səbəbindən əsəbiləşdiyinə görə, bəzi generalları işdən çıxarması, bəzilərini həbsə atması uzun müddətdir müzakirə obyektinə çevrilib. Bütün bu prosesdə ən çox danışılan adlardan biri də Rusiyanın müdafiə naziri Sergey Şoyqu olub. Ekranlarda tez-tez görünən nazirin yoxa çıxması spekulyasiyalara səbəb olsa da, bir çoxları Ukraynadakı uğursuzluğa görə onun Putin tərəfindən işdən çıxarıldığını, bir qism isə, xəstə olduğunu iddia edib.

Putinin bir müddət Şoyqunu sızdırılan hərbi planlar və çevriliş şayiələrinə görə saxladığı deyilib. Məhz bu məqamda Şoyqunun 31 yaşlı qızı Kseniya internetdə yayımlanan fotoda Ukraynanın mavi və sarı rəngləri ilə pozalar verib. Həm dünya mediası, həm də Rusiya mətbuatı nazir qızının bu hərəkətinin Putinlə Şoyqu arasında gərginliyi daha da artırdığını yazıb. 

Bütün bu fərziyyələrdən sonra Şoyqu Putinin təşkil etdiyi Təhlükəsizlik Şurasının iclasına qatılıb. Əvvəlki görüşlərin hamısı Rusiya mətbuatında hərtərəfli işıqlandırılsa da, dünənki görüşün yalnız bir hissəsi yayımlanıb. Yayılan videoda ekranda bütün digər rəsmilər aydın göründüyü halda, Şoyqunun görüntüləri şübhə doğurub. Videoda rusiyalı nazir görünməzdən əvvəl ekran qısa müddətə qaralır və şəkil bir neçə saniyə silkələnir. Kremlin paylaşdığı videoda səsin olmaması və Şoyqunun şübhəli görüntülərinin yer alması videoda köhnə kadrlardan istifadə edildiyi iddialarına səbəb olub. Nəticədə Qərb mediası Kremli köhnə görüntülərindən istifadə edərək ictimaiyyəti aldatmaqda ittiham edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 11-dən 13-dək külək güclənəcək.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologi...

“İkinci mərhələdə daha çox evlər tikiləcək”

“Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxş...

Rusiya 30 günlük atəşkəsə razı olmayıb - Səbəb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə razı olmayıb. Mətbuat katibi Dmitri Peksov bununla bağlı Putinin fikirlərini bölüşüb. Kreml sahi...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...