Ukraynadan iddia: Müharibə bu tarixdə bitəcək, çünki... - Putindən tarixi PLAN

Media
11:15 / 25.03.2022
2217
Ukrayna kəşfiyyat bölmələri müharibə haqqında yeni iddia irəli sürüb.
Sfera.az bildirir ki, Rusiyanın mayın 9-da müharibəni bitirmək planının olduğu qeyd olunub. Bu barədə "Kyiv Independent” qəzetinə danışan rəsmilər, bitiş tarixi kimi Sovet İttifaqının 70 il əvvəl faşist Almaniyası üzərində qələbə çaldığı günün seçildiyini bildiriblər.
Digər tərəfdən, Ukrayna Baş Qərargahının sosial media hesabından edilən açıqlamada Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinə bu ideya istiqamətində təbliğatın aparıldığı vurğulanıb. Qeyd olunub ki, Rusiya hərbi-siyasi idarəsinin bir ay ərzində ciddi itkilər verməsinə və hərbçilərin ruhdan düşməsinə baxmayaraq, Ukraynaya qarşı müharibəni davam etdirmələrinin səbəbi də bu təbliğat ola bilər:
"Rusiya müharibə qaydalarını kobud şəkildə pozaraq, beynəlxalq hüququn tələblərinə məhəl qoymadan Ukraynanın şəhər və kəndlərinin infrastrukturunu məhv etməkdə davam edir. Ukraynanın Çerniqov vilayətinin bəzi yaşayış məntəqələrində ruslar zədələnmiş avtomobillərini təxliyə etmək üçün kənd sakinlərinin kənd təsərrüfatı texnikalarını ələ keçirib. Ruslar Donetsk vilayətinin Dokuçayevsk şəhərində Mariupoldan qaçmağa çalışan mülki vətəndaşlar üçün şəxsiyyəti müəyyənləşdirmə düşərgəsi qurub. O cümlədən, Rusiya Ukrayna ərazisindəki yaşayış məntəqələrində əhaliyə nəzarət etməkdə böyük çətinliklərlə üzləşib”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, 9 May Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasına qalib gəldiyi tarix kimi tanınır və "Qələbə Günü” olaraq qeyd olunur.
Günay Rəsulqızı
Sfera.az