Bayden Polşa-Ukrayna sərhədinə gedir

Bayden Polşa-Ukrayna sərhədinə gedir
ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsi fonunda gözlənilməz addım atıb.

Sfera.az bildirir ki, Baydenin bu gün Polşa-Ukrayna sərhədinə gedəcəyi açıqlanıb. Məlumata görə, Ağ Ev sahibinin təyyarəsi "Air Force One Biden” Ukrayna ərazisindən 80 kilometr aralıda yerləşən Rzeşovda dayanacaq. Baydenin axşam saatlarında paytaxt Varşavaya gedərək orada çıxış edəcəyi gözlənilir. Digər tərəfdən, onun bu addımı dünənki sammitdən sonra Qərbin Rusiyaya mesaj vermək istədiyi kimi şərh olunub.

Xatırladaq ki, NATO sammitindən sonra ABŞ prezidenti Co Bayden Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) liderlərinin sammitində iştirak edib. O, Avropanın təkcə NATO ilə deyil, həm də Avropa Şurası və G7 ölkələri ilə birliyinin vacibliyini vurğulayıb:
 
"İndi edə biləcəyimiz ən vacib şey müharibə cinayəti törətdiyinə inandığımız bu adamı (Putini) dayandırmaqdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində Baş Plan üzrə 77 (birinci mərhələdə 73) birmərtəbəli fərdi yaşayış evləri, sonradan isə...

Yanacağa çəkilən xərc sürətlə artır - Səbəblər nələrdir?

2025-ci ilin yanvar-fevral aylarında avtomobil benzini və dizel yanacağına çəkilən xərc 523 milyon manata çatıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 74...

Əli Əsədov sosialyönlü xərclərin statistikasını açıqladı

“2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 milyard manatı sosialyönlü xərclərin mali...

Ötən il 1,1 milyard manat həcmində məhsul ixrac edilib

“2024-cü ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunmuş, ondan 1,1 milyard manat həcmində məhsul ixracı edilmişdir”. ...

"Azərbaycan inkişaf yolunda inamla addımlayacaq" - Sahibə Qafarova

“2024-də ÜDM artımı həm neft, həm də qeyri-neft hesabına əldə edilmişdir”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü p...

Baş nazir: "Azərbaycan 2024-cü il öz nüfuzunu bir daha nümayiş etdirdi"

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə ölkəmizin həyatında mühüm hadisələrdən biri dünyada ən irimiqyaslı və mötəbər tədbirlə...