Ukraynada ən azı 1035 mülki şəxs həlak olub - BMT Kiyevdəki son vəziyyəti AÇIQLADI

Media
22:57 / 24.03.2022
1943
Rusiyanın Ukraynaya hücumlarında ən az 1035 mülki şəxs həyatını itirib, 1650 mülki vətəndaş yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Məlumatda bildirilib ki, hücumlardan sonra 3 milyon 674 min 952 qaçqın qonşu ölkələrə köçüb.
Açıqlamaya görə, fevralın 21-23-də Polşaya 2 milyon 173 min 944, Rumıniyaya 563 min 519, Moldovaya isə 374 min 59 nəfər gedib. Donetsk və Luqansk vilayətlərindən isə 113 min nəfər Rusiyaya keçib.
Turan Rzayev