NATO, AB və G-7 toplanır: Hansı qərar veriləcək?

NATO, AB və G-7 toplanır: Hansı qərar veriləcək?

"Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək: NATO-nun fövqəladə zirvəsi, G-7 zirvəsi və Avropa İttifaqı liderlərinin görüşü. Hər üç görüşdə Moskvaya qarşı yeni addımların atılması qərarı gözlənilir, lakin bu qərarların Rusiyanın Ukraynada işğal hücumunu dayandıracağı gözləntisi azdır”.

 

Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

 

Onun sözlərinə görə, Ukraynanın əsas iki tələbi var:

 

"1. Hava məkanının bağlanması;

 

2. Döyüş təyyarələrinin və hava hücumundan müdafiə sistemlərinin verilməsi;

 

Qərb cəbhəsinin mövqeyi, xüsusilə "Üçüncü Dünya müharibəsindən çəkinməklə” bağlı əsası Kiyevin bu tələblərinin yenə havada qalacağını deməyə əsas verir. NATO Baş katibi Yens Stoltenberqin açıqlaması da bu yöndədir.

 

"Bizim istəyimiz müharibənin Ukraynadan çıxmaması və NATO-Rusiya münaqişəsinə çevrilməməsidir, çünki bu daha çox ölüm və dağıntılara səbəb olacaq”, - baş katib bildirib.

 

O, Kiyevə veriləcək dəstəyin nə olacağını da açıqlayıb:

 

- Əlavə hərbi yardım;

 

- Kibertəhlükəsizliklə bağlı yardım;

 

- Kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükəsindən qorunmaq üçün avadanlıqlar”.

 

A. Nərimanlının fikrincə, NATO və G-7 zirvəsinin Qərb blokunun daha sıx birləşməsi, Şərqi Avropa boyunca – Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrin təhlükəsizliyinin qorunması məqsədi daşıdığı görünür: "Ukrayna motivdir.

 

NATO-ya üzvlük məsələsindən imtina edən və NATO-nun zirvə görüşündə üzvlük məsələsinin ümumiyyətlə müzakirə edilməyəcəyi Ukrayna üçün Aİ-yə üzvlük aktual məsələlərdəndir.

 

Lakin bu gün müzakirə ediləcək bu məsələ ilə bağlı qərarın veriləcəyi də sual altındadır”.

 

Turan Rzayev



OXŞAR XƏBƏRLƏR

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş v...