Taxtanın qiyməti sürətlə artır – Son bir ildə bahalaşma 30 faizə çatıb

Taxtanın qiyməti sürətlə artır – Son bir ildə bahalaşma 30 faizə çatıb
Bu il Azərbaycanda tikinti materiallarının qiymətində yüksək artım müşahidə edilir. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ilin fevralında tikinti materiallarının ümumi qiymət səviyyəsi ötən ilin fevralına nisbətən 14 faiz artıb.

Bu il tikinti materiallarının qiymətində artımın ikirəqəmli olması daha çox taxta və taxtadan hazırlanan materialların 30-35 faiz bahalaşması ilə bağlıdır. 

Məlumatlara əsasən kəsilmiş taxtanın 1 kub. metrinin qiyməti ölkə daxilində ötən ilin fevralında 336 manat olduğu halda 2022-ci ilin fevralında 454 manata yüksəlib. Bir il ərzində taxtanın qiyməti 26 faiz, yəni 118 manat artıb.

Taxtanın bahalaşması taxtadan hazırlanan digər inşaat materiallarının qiymətinə artırıcı təsir göstərib. Belə ki, ağac-yonqar lövhənin 1 kv.m-nin qiyməti 9,15 manatdan 14,15 manata (35,4 faiz bahalaşma),  parketin qiyməti 21,7 manatdan 33,5 manata (35,3 faiz bahalaşma), ağaс-lifli lövhənin 1 kv.m-nin qiyməti 10,2 manatdan 15,14 manata (32,7 faiz bahalaşma) yüksəlib. 

Digər tikinti materiallarının heç birinin qiymətində belə yüksək artım baş verməyib. Yalnız polietilen su borusunun (16 faiz), alçipanın (14,4 faiz), lambrinin (12,7 faiz), lak və boyaların (10-11 faiz) qiymətlərində ikirəqəmli artım qeydə alınıb. 

Əsas tikinti materiallarından yalnız kərpic ucuzlaşıb (2,6 faiz), plastik pəncərənin və diar alçısının qiyməti isə sabit qalıb. 

Vasif

OXŞAR XƏBƏRLƏR

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş v...