XİN əməkdaşı işdən ayrıldı - Yeni təyinat
Media
15:04 / 18.03.2022
2879
Xarici İşlər Nazirliyinin əməkdaşı Araz Nazim oğlu İmanov işindən ayrılıb.
Sfera.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.
"Əziz dostlar, hörmətli həmkarlar, qürur hissi ilə bildirirəm ki, 16 illik təcrübəm ilə AR Xarici İşlər Nazirliyindən ayrılıb fəaliyyətimi Qarabağın bərpası istiqamətində davam etdirəcəm.
Bu yolda ən böyük əməyi olan cənab Prezident və onun komandasına kiçik də olsa xeyirim dəysin deyə bütün səylərimi əsirgəməyəcəm. Şəhidlərin ruhları şad olsun! Tanrı Azərbaycanı və millətimizi qorusun!”, - deyə A.İmanov paylaşımda qeyd edib.
Qeyd edək ki, Araz İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun oğludur.
Əzizə Zeynal