Ukraynadan rus əsgərləri ilə bağlı İDDİA: Ayaqlarına atəş açıb...
Media
14:08 / 18.03.2022
2791
Ukrayna rus əsgərləri ilə bağlı mübahisəli iddia irəli sürüb.
Sfera.az bildirir ki, Ukrayna Təhlükəsizlik Xidməti sözügedən şəxslərin evə qayıtmaq üçün ayaqlarına atəş açdığını açıqlayıb. Bunu əldə edilən telefon danışıqları ilə əsaslandıran qurum iki ordunun fərqli güllələrdən istifadə etdiyini, buna görə də rus əsgərlərinin Ukrayna sursatlarını ələ keçirməyə çalışdığını vurğulayıb.
"Daily Mail”in məlumatına görə, bir rus əsgəri telefon danışığında anasına bölməsinin istifadə etdiyi Rusiya AK-74-lərində 5,62 mm-lik güllə əvəzinə, Ukrayna ordusunun 7,62 gülləsini tapmaq istədiyini bildirib. Həmin söhbətə görə, əsgər anasına, artıq bir çox rus əsgərlərinin bunu etdiyini deyib.
Digər tərəfdən, Rusiya ordusu cəbhədən qaçan və ya özünü xidmətə yararsız hala salan əsgərlərə ağır cəzalar tətbiq edir. Bu səbəbdən əsgərlərin komandirlərini Ukrayna hücumunda yaralandıqlarına inandırmaq üçün 7,62 güllə ilə ayaqlarından atəş açdıqları bildirilib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi indiyədək qarşıdurmada ən azı 7 min rus əsgərinin öldüyünü və 14 ilə 21 min arasında əsgərin yaralandığını təxmin edir. Bu o deməkdir ki, Ukraynadakı Rusiya ordusunun hər 5 nəfərindən 1-i müharibədən kənarda qalıb. Rusiya Müdafiə Nazirliyi isə müharibədə 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri məlumat yenilənməyib.
Günay Rəsulqızı