Hacıyevin BMT ailəsi ilə Şuşa səfərinin PƏRDƏARXASI: Bakının verdiyi 3 mesaj - TƏHLİL

Hacıyevin BMT ailəsi ilə Şuşa səfərinin PƏRDƏARXASI: Bakının verdiyi 3 mesaj - TƏHLİL
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü münasibətilə qurumun institutları ilə Şuşaya gedib. 

Prezidentin köməkçisi "Twitter” hesabındakı paylaşımında bildirib ki, Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün "Xankəndi" adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq: "Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”.
 


Hikmət Hacıyevin Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü münasibətilə qrumun institutları ilə Şuşaya səfəri verdiyi sətiraltı mesajlar baxımından diqqət çəkir:

Birincisi, Azərbaycanda akkreditasiyadan keçmiş BMT institutları Şuşaya "Xankəndi” adlı təyyarə ilə aparılır. Təyyarənin adının Xankəndi seçilməsi verilən ilk mesajdır. Rəsmi Bakı bununla bir daha Xankəndidə heç bir ölkənin və ya rejimin varlığını tanımadığını, bu şəhərin də Azərbaycanın ayrılmaz bir parçası olduğu mesajını verir.  

İkincisi, təyyarənin adının Xankəndi seçilməsi ilə yanaşı, bu adda təyyarə ilə BMT institutlarının Şuşaya aparılması da özülüyündə bir mesajdır. Azərbaycan bununla BMT-nin Qarabağın Ermənistan tərəfindən işğalına dair qəbul etdiyi 4 qətnaməni yada salaraq, həmin qətnamələrin 27 il ərzində icra edilməməsini, yekunda torpaqların hərbi yolla azad edildiyi mesajını verir.

Üçüncüsü, BMT bayrağının azad edilmiş Şuşada dalğalandırılmasını da sətiraltı mesaj hesab etmək olar. Rəsmi Bakı bununla bir daha başda Şuşa olmaqla bütün Qarabağın həm BMT, həm də digər ölkələr tərəfindən Azərbaycanın qəbul edilmiş ərazi bütövlüyü olduğunu elan edir.

Nəticə etibari ilə Ermənilər uzun illər ciddi-cəhdlə Azərbaycanın ərazi bütövlüyü məsələsini mübahisələndirməyə çalışsa da, Şuşada keçirilən bu tədbir bir daha göstərir ki, dünyanın ən ali qurumu olan BMT-nin və dünya birliyinin bu məsələdə fikri birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Ani diqqətsizlik qəzaya səbəb oldu - VİDEO

“Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur”.   Sfera.az xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliy...

Sumqayıtdakı partlayışda xəsarət alanların SON DURUMU

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambu...

"Cənubi Koreya prezidenti vətən xaini elan edilə bilər" - “Yonhap”

Cənubi Koreya prezidenti vətənə xəyanətdə ittiham edilə bilər.   Sfera.az bildirir ki, bu barədə “Yonhap” agentliyi yazıb. Qeyd olunub ki...

Azərbaycanda ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

2025-ci ildən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən...

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhə...

Zaqatalada iki maşın toqquşdu -Xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub.   Sfera.az xəbər verir ki, Zaqatala rayonu Muxax kəndində 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə ...