Yaponiyadan Rusiyaya YENİ SANKSİYA…
Media
12:31 / 18.03.2022
693
Ukraynaya hücumları səbəbilə ABŞ və Avropa İttifaqı başda olmaqla NATO ölkələri tərəfindən sərt sanksiyalara məruz qalan Rusiya ilə bağlı Yaponiya hökumətindən yeni addım atılıb.
Sfera.az xəbər verir ki, Tokionun Moskvaya qarşı sanksiyalarının genişləndiriləcəyini açıqlayan hökumət, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov və müdafiə nazirlərinin müavinləri də daxil olmaqla, 15 şəxsin və 9 təşkilatın aktivlərinin dondurulacağını açıqlayıb.
Bildirilib ki, yeni sanksiyalar dövlət tərəfindən dəstəklənən silah ixracatçısı Rosoboroneksportu da hədəfə alacaq.
Bununla da Yaponiyanın sanksiyalarına məruz qalan Rusiya fərd və təşkilatlarının sayı 95-ə yüksəlib.
Ukraynaya 100 milyon dollar humanitar yardım göstərəcəyini vəd edən Tokio administrasiyası həmçinin martın 9-da ölkəyə müdafiə və ilk yardım ləvazimatları, o cümlədən gülləkeçirməz jiletlər, dəbilqələr və qış döyüş formaları göndərib.
Əzizə Zeynal