ABŞ-li senator Putinə sui-qəsd çağırışını təkrarladı: “Kaş Hitleri də kimsə öldürsəydi”

ABŞ-li senator Putinə sui-qəsd çağırışını təkrarladı: “Kaş Hitleri də kimsə öldürsəydi”
ABŞ-də respublikaçı senator Lindsey Qraham növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinin öldürülməsi ilə bağlı çağırış edib.

Sfera.az bildirir ki, bununla bağlı senator Vaşinqtonda mətbuat nümayəndələrinin suallarını cavablandırarkən danışıb.  Qraham, "Putinin sui-qəsdi ilə bağlı dediyiniz sözlərin arxasındasınızmı?” sualını bu cür cavablandırıb:

"Ümid edirəm ki, Putin bu və ya digər şəkildə aradan qaldırılacaq. Necə elədikləri məni maraqlandırmır. Onu Haaqaya göndərib, mühakimə edəcəyikmi? Bilmirəm. Sadəcə Vladimirin getməsini istəyirəm. O, hərbi cinayətkardır. 1930-cu illərdə də Hitlerə sui-qəsd edən birinin olmasını arzulayardım”.

Xatırladaq ki, bundan öncə senator sosial media hesabından, "Rusiyada bir Brutus yoxdurmu? Rus ordusunda uğurlu "polkovnik Ştauffenberq" yoxdurmu? Bunun sona çatmasının yeganə yolu Putinin aradan götürülməsidir. Bunu isə sadəcə rus xalqı edə bilər”, - deyə bildirmişdi.

Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR