Təslim olan şəxsi rus əsgərləri belə öldürdü - ANBAAN VİDEO
18:15 / 17.03.2022
1836
Rus əsgərlərinin təslim olan mülki şəxsi güllələməsi ilə bağlı yayımlanan görüntülər geniş müzakirələrə yol açıb.
Sfera.az xəbər verir ki, Almaniyanın "ZDF” televiziyasında yayımlanan videoda rus əsgərlərinin Ukraynada əl qaldıraraq təslim olan şəxsi öldürdüyü anlar yayımlanıb.
Görüntülərdə Kiyevə yaxınlaşan rus əsgərləri onlara doğru gələn bir avtomobili görüb tankı kənara çəkiblər. Maşından düşən mülki şəxs əllərini qaldıraraq təslim olsa da, əsgərlər onu güllələyərək öldürüb. Onlar öldürdükləri mülki vətəndaşın cəsədini yerdə sürüyərək ağacın altına qoyublar.
Ukrayna müdafiə qüvvələri avtomobildə olan qadın və uşağın da Rusiya qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Rusiya isə öz bəyanatında mülki şəxslərin qətiliklə hədəf olmadığını və ümumiyyətlə mülki şəxslərə hücum etmədiyini təkrarlayıb.
Qeyd edək ki, beynəlxalq hüquqa görə, savaşlarda mülki əhalinin güllələnməsi müharibə cinayəti sayılır.
Əzizə Zeynal