Putinin "pul kisələri" kimlərdir? - ARAŞDIRMA

Putinin
Vladimir Putinin yaxın çevrəsindəki ayrı-ayrı oliqarxlar bir müddətdir, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı dövlətlərinin hədəfindədir. Qərb Rusiyanın ən varlı maqnatlarını Putin hakimiyyətinin əsas köməkçiləri kimi görür və ən azından oliqarxların bəzi var-dövlətlərinin Rusiya prezidentinə bağlı olduğu, Vladimirin böyük sərvətlərini dostları və qohumları arasında bölüşdürərək gizlətdiyi düşünülür.
 
Rusiya oliqarxlarına qarşı sanksiyalar Putinin hərəkətlərinə hansısa formada təsir edə bilərmi?

Sfera.az bildirir ki, bəzi analitiklər oliqarxların Putinə təsir göstərə biləcəyi fikrini absurd hesab edirlər və Rusiya elitalarının Putinə nəzarət etmədiyini, əksinə, onların prezidentin nəzarəti altında olduğunu deyirlər. Məsələn, bir çox məşhur oliqarxı şəxsən tanıyan Rusiyanın ən varlı adamlarından biri ötən günlərdə Qərb mediasına açıqlamasında, "Siz oliqarxları alt paltarına qədər soyundura, onları şəhər meydanına qoya bilərsiniz, ancaq Putin gözünü belə qırpmaz. O, son illərdə özünü hər kəsdən tamamilə təcrid edib. İki il davam edən pandemiya isə bu prosesi gücləndirib”.

Putinin "pul kisələri”

Putinə təsir edə biləcək zəngin insanlar onun yaxın çevrəsinin üzvləridir və bunlar Rusiyanın əsl oliqarxları deyil. Sözügedən şəxslər Vladimirin hakimiyyəti boyu milyardlarla rubl qazandırdığı uşaqlıq dostları, tərəfdaşlarıdır və buna görə də onlara "Putinin pul kisəsi" deyirlər. Oliqarxların "orijinal” nəslindən fərqli olaraq, yaxın çevrə daha yaşlıdır (70-ə yaxın yaşları var). Həmin şəxslər Putinlə birlikdə cüdo məşqlərində iştirak edən, onun Qara dəniz sahilindəki gizli sarayını maliyyələşdirən və Rusiyanın ən nəhəng konqlomeratlarına dominantlıq edən insanlardır.
 


İgor Seçin (61) - Onun nəzarətində heç bir məlum aktiv yoxdur və sərvəti 0,2-2,5 milyard dollar arasında qiymətləndirilir. İqor tərcüməçi olub, bəziləri onun Putini KQB-də tanıdığını düşünür. Vladimir 2000-ci ildə Kremlə girən kimi Seçini administrasiya rəhbərinin müavini təyin etdi. 2004-cü ildə o, müharibə ərəfəsində təxminən 80 milyard dollara satılan iri dövlət neft şirkəti olan "Rosneft”in sədri və baş direktoru təyin edildi( hələ də vəzifəsindədir). İqor yəqin ki, siyahıdakı ən kasıb oliqarxdır, həm də onların ən güclüsü. Çünki o, uzun müddətdir Putinin sağ əli və ən yaxın müşaviri hesab olunur. Rusiyada ona "Darth Vader" ləqəbi verilib. İqor Seçin həm də Kremlin əsas agentidir: Rusiya ilə Çin arasında yaxınlaşmanın arxasında o dayanır. 2014-cü ildən ona ABŞ-a daxil olmaq və bu ölkə vətəndaşları ilə iş görmək qadağan edilib.
 


Gennadi Tımçenko (69) - Rusiya neft nəhəngləri ilə potensial müştərilər arasında vasitəçilik edən "Gunvor” neft ticarəti şirkətini qurub. 2014-cü il sanksiyalarından bir gün əvvəl səhmlərinin böyük hissəsini Qərb tərəfdaşına satıb. Tımçenko, təxminən on il bundan əvvəl Putinin ən yaxın dostu sayılan "kölgə oliqarxı” ləqəbi ilə "ifşa” olunana qədər geniş ictimaiyyətə məlum deyildi. İkisi arasında şəxsi əlaqə cüdo ilə məşğul olan zamanlarda yaranıb.
Boris (64) və Arkadi (69) Rotenberq qardaşları - Putinin uşaqlıq dostları olublar, onunla birlikdə böyüyüblər, həmçinin cüdo məşqlərində də birlikdə olublar. Onlar hələ də Putinin istəyi ilə qurduqları (Gennadi Timçenko ilə birlikdə) klubda birgə məşq edirlər. Putin qardaşlara tikinti şirkətləri üçün bir sıra tenderlər verib. Vladimirin Qara dəniz sahilindəki sarayı qardaşların adına qeydiyyatdadır.
 


Vladimir Potanin (60) – Hələ də biznesdə fəal olan son real oliqarxlardan biridir. Sovet dövründə o, Xarici Ticarət Nazirliyində və Beynəlxalq Əməkdaşlıq Bankında yüksək rütbəli məmur kimi xarici ünsürlərlə əlaqə saxlamağa icazə verilən nadir şanslı şəxslərdən biri idi. Putinin Yeltsin hökumətində də yüksək vəzifələrdə çalışıb. Dünyanın ən böyük metal şirkətlərindən biri olan "Nornickel”in sahibidir.


Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR