Rusiya təyyarə tapa bilmir - Köhnə modellər yenidən istehsal ediləcək
16:26 / 17.03.2022
1026
Rusiya "Tu-214” və "İl-96”nın seriyalı istehsalını bərpa edə bilər.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı dövlət şirkəti olan "Rostexnologiya”nın baş direktoru Sergey Çemezov bildirib.
Çemezov deyib ki, seriyalı istehsalın təşkili nəzərdən keçirilir.
Onun sözlərinə görə, sanksiyalardan sonra yerli aviasiya sənayesinin qarşısında böyük vəzifələr dayanır:
"Üstəlik, onlar çox qısa vaxt çərçivəsində həll edilməlidir. Bu, ilk növbədə mövcud təyyarələrin istehsalının genişləndirilməsinə aiddir. Bundan əlavə, orta məsafəli "Tu-204”, "Tu-214” və geniş gövdəli "İl-96” təyyarələrinin seriyalı istehsalının bərpası imkanlarını nəzərdən keçirmək lazımdır”.
"Rostexnologiya”nın məlumatına görə, "Tu-214” və "İl-96” təyyarələri etibarlılığı artırılmış Rusiya sərnişin təyyarələridir. Bu təyyarələrin istehsalında rus mühərriklərindən və yalnız yerli komponentlərdən istifadə edilir.
Vasif