Yayılan xəbərlər yanlışdır, danışıqlar müsbət deyil - Peskovdan TƏKZİB

15:05 / 17.03.2022
973
"Rusiya və Ukrayna arasında danışıqların müsbət istiqamətdə getməsi ilə bağlı xəbərlər yanlışdır”.
Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib:
"Nümayəndə heyətimiz böyük səylər göstərir və onlar qarşı tərəfə nisbətən danışıqlara daha hazır olduğunu nümayiş etdirir. Sülh sazişi ilə bağlı sənədin razılaşdırılması, onun bütün parametrlərinə riayət edilməsi baş verənləri çox tez dayandıra bilər.
Ukrayna və Rusiyanın ilkin sülh planında əhəmiyyətli irəliləyiş əldə etdiyinə dair xəbərlə bağlı suala Peskov belə cavab verib: "Bu, düzgün deyil – orada düzgün olan elementlər var, lakin ümumilikdə bu, yanlışdır”.
Əzizə Zeynal