Albom vədinə görə sevgilisindən bir gündə ayrılıb Sədaya evlilik təklifi edibmiş - 7-ci ər namizədi barədə iddia

Albom vədinə görə sevgilisindən bir gündə ayrılıb Sədaya evlilik təklifi edibmiş - 7-ci ər namizədi barədə iddia
Türkiyəli müğənni Səda Sayan haqqında inanılmaz iddia irəli sürülüb.
 
Sfera.az bildirir ki, ifaçının yaxın zamanlarda evlilik təklifi aldığı sevgilisinə, əvvəlki münasibətini bitirməsi üçün albom təklif etdiyi irəli sürülüb. Belə ki, musiqiçi Çağlar Öktenin 3 ay bundan qabaq Lara Şehiroğlu ilə 4 illik münasibəti olduğu, hətta evlilik planları etdiyi ortaya çıxıb. İddialara görə, Səda Çağlara, "münasibətini bitir, qarşılığında sənə albom çıxartdıraram”, - deyib. Ardınca gənc musiqiçi bir gecədə Lara ilə əlaqəni bitirib.

Seda ilə Çağların evlilik xəbəri çıxana qədər Laranın Çağlar Öktenlə fotoları sosial media hesabında qalıb.  Amma xəbər çıxan kimi o, fotoları tez hesabından silib.

TV8 ekranlarında yayımlanan "2. Sayfa” proqramına telefonla bağlanan Seda Sayan yeni münasibəti ilə bağlı bunları deyib: 

"Çağlar məni evliliyə razı salmadı, mən onu razı saldım. Aramızda yaxşı bir enerji var. Bir-birimizə çox güvənirdik, güvən mənim üçün çox önəmlidir. Gözlənilməz bir anda, yəni Sevgililər günündə evlilik təklifi aldım. Çağların bu addımı məni həmişə təəccübləndirdi, həm də duyğulandırdı. Həmin gecədən sonra Çağlar diz çökərək evlilik təklifi etdi. Həmin an nə dediyini xatırlamıram".

Xatırladaq ki, Seda Sayan may ayında nikah masasına oturacağını da açıqlamışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...