Lavrovun son çıxışının PƏRDƏARXASI - Müharibə bitir?

Lavrovun son çıxışının PƏRDƏARXASI - Müharibə bitir?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacağını deyib. Lavrovun bu yöndə açıqlaması isə münaqişənin həllində müsbət hal kimi qarşılanır.
 
Maraqlıdır, Lavrov bununla nə demək istəyib? Söhbət hansı təmaslardan gedir?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Lavrovun son açıqlamasının müsbət siqnal olduğunu deyib:

"Ukrayna və Rusiya arasında keçirilən danışıqlarda müsbət istiqamətdə addımların olmasını görürük.Bunun səbəbi Rusiya silahlı qüvvələrinin Ukraynada məğlub durumda olmasıdır. Rusiya əvvəlki təkliflərindən geri çəkilib Ukraynanın neytral ölkə statusu almasını istəyir. Lavrovun bu açıqlaması Ukrayna ilə aparılan təmasları özündə ehtiva edir. Rusiya Ukraynanın irəli sürdüyü bəzi tələbləri qəbul etməli olacaq.

Ola bilsin, növbəti görüşdə prezidentlərin də görüşməsi məsələsi aktual olsun. Rusiyanın başqa çıxış yolu yoxdur, düşdüyü çətin durumdan çıxmaq məcburiyyətindədir. Ukrayna təhlükəsizliyin təminatı kimi Qərb ölkələrinin yanında olmasına Rusiyanın etiraz etməməsini təklif edəcək. Hesab edirəm ki, növbəti dəfə Türkiyənin iştirakı ilə olan görüş müsbət nəticələnəcək. Lavrovun da son açıqlaması buna işarət edir”.

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR