Ukraynadan HƏYƏCAN TƏBİLİ - Yenidən Fukişima ola bilər

Ukraynadan HƏYƏCAN TƏBİLİ -  Yenidən Fukişima ola bilər
Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən Slavutiç şəhərinin meri Yuri Fomiçev Rusiya ordusunun nəzarətində olan elektrik stansiyası ilə bağlı xəbərdarlıq edib. 
 
Sfera.az xəbər verir ki, Fomiçev soyutma sisteminin dayanacağı halda yeni bir Fukuşima hadisəsinin yaşanacağını deyib.
 
"Bölgədə ərzaq və yanacaq böhranı var. Bununla bərabər, qəza generatorları da dayanacaq və Çernobılın təhlükəsizlik sistemləri də dayana bilər. Atom elektrik stansiyasından çıxan nüvə tullantıları mütəmadi olaraq soyudulmalıdır, əks halda radiasiya sızması baş verəcək. Soyutma sistemi dayanarsa, qısa müddətə də olsa, yeni Fukuşima baş verəcək”, - deyə o bildirib.

Əzizə Zeynal
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


OXŞAR XƏBƏRLƏR