Kim Çen İn müharibəyə hazırlaşır? - İlin 10-cu raketini də atdı

Kim Çen İn müharibəyə hazırlaşır? - İlin 10-cu raketini də atdı
Şimali Koreyanın paytaxtı Pxenyan yaxınlığındakı Sunan bölgəsindən yeni raket atılıb.
 
Sfera.az bildirir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargahı (JCS) məlumat yayıb. 

Qurum bu il 10-cu raket sınağı olaraq qeydə alınan cəhdin uğursuzluqla başa çatdığını açıqlayıb: 

"Sınaq raket havaya qalxdıqdan qısa müddət sonra uğursuzluqla nəticələnib”.

Beynəlxalq ictimaiyyətin reaksiyalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarına rəğmən raket proqramını davam etdirən Şimali Koreya qonşularında narahatlıq yaradır. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, ballistik raket olduğu düşünülən yeni buraxılışın yerli vaxtla saat 09:30 radələrində qeydə alındığı əlavə olunub.

Xatırladaq ki,  Pxenyan rəhbərliyi 2022-ci ilin əvvəlindən bu yana hipersəs və qitələrarası ballistik raketlər də daxil olmaqla, 9 fərqli raket sınağı həyata keçirərək bölgədə gərginliyin artmasına səbəb olub. Hadisələrin ardınca ABŞ-ın Hind-Sakit Okean Komandanlığı Şimali Koreyanın ardıcıl raket sınaqlarından sonra bölgədə kəşfiyyat nəzarəti fəaliyyətləri və ballistik raketdən müdafiə hazırlıqlarının artırıldığını açıqlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR