Krım ilk dəfə tranzit əraziyə çevriləcək – Rusiyanın yarımada ilə bağlı PLANLARI

Krım ilk dəfə tranzit əraziyə çevriləcək – Rusiyanın yarımada ilə bağlı PLANLARI
"Krım ilk dəfə olaraq tranzit əraziyə çevrilə bilər”.
 
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov deyib.
 
O söyləyib ki, gələcəkdə Krım Qafqazla Şimali Qara dəniz regionunun limanları arasında tranzit əraziyə çevrilə bilər.
 
O, vaxtilə Krımla Ukraynanın Xerson vilayətini birləşdirən bütün nəqliyyat marşrutlarının və dəmir yollarının bərpası planlarından danışıb:
 
"Krım körpüsü var, bu o deməkdir ki, biz bütün magistral yolları bərpa etdikdə, Krım Qafqazla Şimali Qara dəniz regionunun limanları, eləcə də keçmiş Ukraynanın sənaye mərkəzləri arasında tranzit əraziyə çevriləcək”.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR