Avropa Parlamenti kimə QARŞIDIR: Azərbaycana, yoxsa Aİ-yə?

Avropa Parlamenti kimə QARŞIDIR: Azərbaycana, yoxsa Aİ-yə?
"Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır”. 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

O bildirib ki, son zamanlar Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında fəal təmaslar var. 

"Hər iki tərəf əməkdaşlığın genişləndirilməsi niyyətini aydın ifadə edir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə imzalanacaq. Təəssüflər olsun ki, Aİ-nin Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır”. 

Politoloqun sözlərinə görə, AP Avropa İttifaqına qarşı çıxış edir:

"Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Sual olunur: belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - separatizmlə məşğuldur?! Yeri gəlmişkən, Belçikanın "Eureporter.co" saytı Avropa Parlamentinin Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırması barədə material dərc edib. Bu, Aİ  ilə Bakı arasında gərginlik yaratmaq cəhdidir.  

AP-nin öz siyasi məsuliyyətini "unutması” və Aİ-nin bəyan etdiyi prinsiplərə zidd fəaliyyət göstərməsi qəbuledilməzdir. Bir tərəfdən Aİ Azərbaycan ilə əməkdaşlığın önəmindən bəhs edir, digər tərəfdən AP qərəzli addımlar atır. Eyni zamanda, Avropa İttifaqının "səmimi tərəfdaşlıq” ifadəsi ilə Avropa Parlamentinin Azərbaycan səfirinin məktublarını erməni diasporunun nümayəndələrinə ötürməsi faktı üst-üstə düşmür. Hər halda, qurum bu barədə ciddi düşünməlidir. Təkcə düşünmək isə yetərli deyil!”.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

Qadın 117 il yaşadı - Alimlər onun uzunömürlülüyünü araşdırıb

Maria Branyas Morera 2023-cü ildə Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı insanı kimi düşüb.      Sfera.az “TRT Haber”...

Əli Əsədov: "470 km dəmiryolu xətti yenidən qurulub, 168 tunel və körpü təmir edilib"

“İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuşdur”. ...

"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov

“Ötən il Hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olmuşdur&rdquo...

Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində Baş Plan üzrə 77 (birinci mərhələdə 73) birmərtəbəli fərdi yaşayış evləri, sonradan isə...

2024-cü ildə enerji istehsalı 28,4 milyard kVt-saata çatıb

“2024-cü ildə enerji istehsalı 28,4 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24,2 mlrd. kVts-a yüksəlmişdir”.   Sfera.az xəbər verir k...

Azərbaycanda iki universitet yaradılacaq

2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universiteti yaradılacaq.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2...