Koronavirus Çini yenidən "əsir aldı": 30 milyon insan karantindədir

Media
15:47 / 15.03.2022
1310
COVİD-19-la bağlı Çindən narahatedici xəbərlər gəlməyə başlayıb.
Sfera.az bildirir ki, koronavirusun ilk müşahidə olunduğu ölkədə yoluxma halları artaraq iki ildən sonra yenə mini keçib və ən yüksək rəqəmə çatıb. Bu da ən azı 13 şəhərin yenidən təcrid edilməsi ilə nəticələnib. Sözügedən qərar çərçivəsində 30 milyona yaxın insan karantinə alınıb, xüsusi geyimli məmurlar küçələrə qayıdıblar.
17 milyon əhalisi olan Şençjen şəhərində qapanma tədbirləri bərpa edilib. Bir neçə şəhərin, o cümlədən doqquz milyon insanın yaşadığı Çançun şəhərinin sakinlərinə "evdə qalmaq” göstərişi verilib. Qoruyucu geyimdə olan tibbi qruplar ölkənin hər yerində kütləvi testlər keçirməyə başlayıblar.
Qeyd edək ki, Çin uzun müddətdir , "sıfır Covid” siyasətini izləyir.
Günay Rəsulqızı
Sfera.az