\"Rusiyada klanlar arasında mübarizə gedir\" - Putini devirmək planları...

\
Ukrayna-Rusiya müharibəsindən sonra prezident Putinlə bağlı fərqli fikirlər irəli sürülür. Əsas səsləndirilən iddialar isə Putinə qarşı çevriliş ehtimalıdır. Elə ötən gün Rusiya Federasiyasının ilk xarici işlər naziri olan Andrey Kozirev belə fikirlə çıxış edib. O, Putinin çevriliş yolu ilə və ya təqaüdə məcbur edilərək işini tərk edə biləcəyini deyib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki,  Vladimir Putin bu günə qədər klanlar arasında balanslı siyasət aparırdı, uğurlu siyasi gedişlər edirdi:

"Ancaq Ukraynanın işğalı başlamamışdan qabaq da klanlar arasında problem yaranmışdı. Təhlükəsizlik Şurasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin "Ukraynaya bir dəfə şans verək, daha sonra müharibə edək” deməsi bir daha göstərdi ki, çatlaq var. Bu da əsasən Sergey Şoyqu, yəni "ordu klanı”na qarşı idi. Artıq bütün bu müharibənin bədəli Şoyquya, onun klanına kəsilir. Bütün məlumatları ordu, hərbi kəşfiyyat verib - 8 generalın ordudan həbs oluduğu iddiası var, 2 FTX  generalı ev dustağı olunub. Ona görə də hazırda klanlar arası döyüş gedir. Gec-tez bunun hesabı ya Şoyquya kəsiləcək, ya da digərlərinə”.

Müsahibimiz bildirib ki, Vladimir Putinin siyasi karyerası bitib və bundan sonra o, namizədliyini verməyəcək:

"Ola bilsin, bu iki klan arasından ya Şoyqu, ya da FTX (Federal Təhlükəsizlik Xidməti) Putini devirsin. Ancaq Putin həm də yaxşı qorunur, heç kimi qəbul etməməsi, heç kimə qulaq asmaması, öz bildiyini etməsi istiqamətində iddialar var – yəni əmrləri qəbulsuz verir. Bu baxımdan Rusiya prezidentini ya devirə bilərlər, ya da Ukraynada məğlub olacaqsa, bu Vladimirin məcbur olaraq istefaya getməsinə yaxud sağlamlığını bəhanə edərək hakimiyyətdən imtinasına səbəb olacaq. Qaldı ki, rus xalqının Putini devirib-devirməməsinə, demək olar ki, xalq küçələrə az çıxır. "Ümumiyyətlə, rus xalqı demokratiya istəyirmi?” - bu ayrıca mövzudur. Düşünmürəm ki, xalq tam olaraq çıxıb Putinin istefasını tələb edəcək. Yalnız və yalnız klan onu endirə və bu mübarizə nəticəsində ola bilər. Digər tərəfdən, pərdəarxasında Bayden administrasiyası  da Putinin hakimiyyətdən getməsini istəyir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 39 məktəb LƏĞV EDİLDİ – RƏSMİ

2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 202...

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK – RƏSMİ

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. Sfera.az xəbər v...

Dörd yeni planet aşkar edildi - Yerdən kiçikdirlər

Elm adamları, dünyaya ən yaxın ulduz olan Barnard Ulduzunun ətrafında dörd yeni planet aşkar etdiklərini açıqlayıblar. Yeni tapılan planetlərin hamısının dünyad...

Bakıda tıxacların azaldılması üçün yeni yollar SALINACAQ – SİYAHI

Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə ...

Qadın 117 il yaşadı - Alimlər onun uzunömürlülüyünü araşdırıb

Maria Branyas Morera 2023-cü ildə Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı insanı kimi düşüb.      Sfera.az “TRT Haber”...

Əli Əsədov: "470 km dəmiryolu xətti yenidən qurulub, 168 tunel və körpü təmir edilib"

“İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuşdur”. ...