Rusiyaya qarşı daha bir SANKSİYA –Ölkə hər il 3,3 milyard avro itirəcək

Media
13:04 / 15.03.2022
1150
Avropa İttifaqı (Aİ) Rusiyadan bəzi polad məhsullarının idxalını qadağan edəcək.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, polad məmulatlarının idxalına qoyulan qadağaya görə Rusiya 3,3 milyard avro gəlirdən məhrum olacaq.
Xatırladaq ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edəcəyini bəyan etmişdi. Polad məmulatların idxalının dayandırılması paketə daxil olan mal qruplarından bəziləridir.
Vasif