Zelenski Ukraynada həyatını itirən jurnalistin ailəsinə MƏKTUB YAZDI: \"Təcavüzkarın misli görünməmiş qəddarlığı...\"

11:18 / 15.03.2022
735
Zelenski Ukraynada həyatını itirən amerikalı jurnalist Brent Renonun ailəsinə məktub yazıb.
Sfera.az bildirir ki, Ukrayna lideri məktubu sosial media hesabında paylaşıb. O, məktubunda hadisədən dərin kədərləndiyini bildirib və Renaudun ailəsinə səmimi başsağlığı verib.
"Rusiyanın vəhşiliklərini və Ukrayna xalqına vurduğu pisliyi dünyaya çatdıran zaman həlak olan Renaudun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Sevimli oğlunuz və qardaşınız Brent Renaud bütün cəsarət və qətiyyəti ilə təcavüzkarın misli görünməmiş qəddarlığını və şərini qeyd etmək üçün ən təhlükəli döyüş bölgələrinə getdi. Qoy, Renaudun həyatı və fədakarlığı dünyanı, işıq qüvvələrinin qaranlıq qüvvələrinə qarşı döyüşündə dayanmağa ruhlandırsın”, -deyə ölkə rəhbəri əlavə edib.
Qeyd edək ki, ötən gün paytaxt Kiyevin kənarındakı İrpin qəsəbəsində qaçqınların çəkilişlərini aparan amerikalı jurnalist Brent Renaud Rusiya qüvvələri tərəfindən öldürülüb. Kiyevin polis rəisi Andriy Nebytov bildirib ki, 51 yaşlı kinorejissor və amerikalı jurnalist rus qoşunlarının atəş açması zamanı boynundan güllə yarası alıb. Eyni hücumda 5 mətbuat işçisi də yaralanıb.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Renaudun ölüm xəbərini "dəhşətli" olaraq adlandırıb. ABŞ və müttəfiqlərinin bunun müqabilində Rusiyadan qisas alacağını qeyd edən Sullivan "Bu, rusların mülki vətəndaşları, xəstəxanaları , ibadət yerlərini, o cümlədən jurnalistləri hədəf aldığı həyasız təcavüzün bir hissəsidir", - deyə söyləyib.
"New York Times” qəzetinin baş redaktor müavini Klifford Levi isə Rusiyanın hücumu zamanı həlak olan jurnalist Renaudun sözügedən nəşrdə işləmədiyini bildirib.
Günay Rəsulqızı
Sfera.az