Səfil görüntüsü arxasında gizlənən DƏRİN həyat - Nəyin necə yaşanılmasının gerçək üzü

Səfil görüntüsü arxasında gizlənən DƏRİN həyat - Nəyin necə yaşanılmasının gerçək üzü
Turizm blogeri Vüqar Quliyev Lüksemburqda başına gələn maraqlı hadisəni "Facebook" hesabında izləyiciləri ilə bölüşüb.

Sfera.az xəbər verir ki, V.Quliyev küçədə yaşayan, səfil həyatı sürən bir kişinin onu çox təəccübləndirdiyini bildirib:

"Lüksemburqda qaldığım hostelin yaxınlığındakı binanın yanında otururdu. 3 gün müddətində hər gün yanından keçirdim və hər dəfə də kitab oxuyurdu.Axırıncı gün dedim ki,  yaxınlaşıb onunla söhbət edəcəm. Çox maraqlı gəlmişdi.

Həyatımda birinci dəfə idi ki, gecə-gündüz küçədə kitab oxuyan "bomj” görürdüm.

Yaxınlaşdım, özümü təqdim elədim. Dedim Azərbaycandanam. Gülümsündü, dedi, "aaa Baku", yəni tanıyırdı Azərbaycanı. Bu xoş oldu. 
Adı Andredir, əslən fransızdır. Fransada memarlıq oxuyub. 12 il memar işləyib və 5 dil bilir - fransız, ingilis, alman, ispan və italyan. Demək olar ki, bütün dünya ədəbiyyatını bilirdi. Bir az oxuduğu kitablardan danışdı. Ağzı açıq dinlədim onu. Bu qədərini gözləmirdim. 

Gəlib çıxdım məni ən çox maraqlandıran suala (yəqin sizi də). Amma kaş heç soruşmazdım. Dedim, "Bəs niyə belə həyat tərzi sürürsünüz? Bu savad və biliklə sizə harada istəsəniz iş verərlər"?

Dedi ki, "Bilirəm, amma mənə lazım deyil. O bankanı görürsən? Ora bütün ehtiyaclarımı qarşılayacaq qədər gündəlik pul yığılır. Daha artığı da lazım deyil.
Soruşdum, "Niyə axı"? Dedi ki, "Mən uğrunda yaşadığım hər şeyi itirdim. Çox sevdiyim yoldaşım və 2 uşağım var idi. Evdə baş verən yanğında hamısını itirdim (öz üzü də yanmışdı).

Sonra qızıl kimi sözlər dedi, hansıları ki, heç vaxt unutmayacam:

"Hər şeyin, var-dövlət, pul-paradan ibarət olmadığını anladım. Bir qığılcım əsas var-dövlətim olan ailəmi aldı məndən. Ailəmi sevən, onlarla çox vaxt keçirən biri idim, amma o "çox vaxt"ın belə nə qədər az olduğunu anladım. Həyatdan heçnə istəmirəm. Mənə çox kitab oxuyursan dedin (mənə deyir). Əslində oxuduğum kitablardakı həyatlarda itib batmaq istəyirəm. Bir az da olsa ürəyimdəki acıları unutmaq üçün. Kitablardakı mənə yad olan, bəzən də saxta gələn o həyatlara girmək istəyirəm. Özümü xoşbəxt hiss edirəm mən orada".

Heç nə deyə bilmədim. Əslində deyiləcək bir söz də yox idi. Onunla görüşəndən sonra 2 şeyi anladım:

1) İnsanlara geyimlərinə və yaşadıqları həyat tərzinə görə qiymət verməmək;

2) Sevdiklərimizə daha çox vaxt ayırmaq.

Andrenin dediyi kimi, bir gün o "çox vaxt" dediyimiz vaxtın belə nə qədər az olduğunu anlayacağıq.

Andre ilə şəkil çəkdirmək istədim. Dedi, "Mənimlə şəkil çəkdirməsən yaxşıdır". Dedim ki, "Amma uzaqdan şəklini çəkmişəm, paylaşacam". Şəklə baxdı, güldü, dedi ki, əla düşmüşəm". 



OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...