Logo

Rusiya strateji dəhlizə nəzarəti ələ keçirdiyini elan etdi - Ukraynanın liman şəhərləri hədəfdədir

Rusiya strateji dəhlizə nəzarəti ələ keçirdiyini elan etdi - Ukraynanın liman şəhərləri hədəfdədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya 2014-cü ildə ilhaq etdiyi Krım və Donbas arasındakı strateji dəhlizə nəzarəti ələ keçirib.

Sfera.az bildirir ki, bu barədə "RİA Novosti” məlumat yayıb. Krımın baş nazirinin müavini Georgi Muradov söyləyib ki,  bölgədə quru əlaqəsi qurulub və bunun sayəsində Krımda olan əsgərlər qurudan Donetskdə Rusiyanın dəstəklədiyi qoşunlara qatıla biləcəklər.

Qeyd olunub ki, bu dəhliz həm də Krımı və Rusiyanın mühasirəsində olan Mariupol şəhərini birləşdirir. Dəhliz, həmçinin Donbasdakı Rusiyanın dəstəklədiyi separatçı qoşunların Azov dənizində toqquşmaların intensiv olduğu liman şəhərlərinə keçməsini asanlaşdıracaq.

ABŞ-ın "CNN” televiziyası isə Rusiyanın bu açıqlamasının müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyinə diqqət çəkib. Ukrayna hökuməti də bununla bağlı heç bir açıqlama verməyib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR