Rusiyalı oliqarxdan çağırış: Müharibəni DAYANDIRIN!

Media
14:55 / 14.03.2022
1490
Rusiyanın Ukraynaya təcavüzünün 19-cu günündə müharibə səngimədən davam edir.
Sfera.az xəbər verir ki, Moskva ilə müharibəyə getmək istəmədiyini dəfələrlə bəyan edən Qərb bloku iqtisadi sahədə də Kremli sıxmağa çalışır.
Rusiyanın kömür və gübrə maqnatı Andrey Melniçenko bildirib ki, Ukraynada müharibə dayandırılmalı olan faciədir, əks halda gübrə qiymətlərinin artması səbəbindən fermerlər işləyə bilməyəcək və bu, zəncirvari ərzaq böhranına səbəb olacaq.
Qeyd edək ki, Belarus əsilli Rusiya vətəndaşı Melniçenkonun anası da ukraynalıdır. Rusiyalı sahibkar, "Ukraynada baş verənlər həqiqətən faciəlidir. Bizə təcili sülh lazımdır. Belarusda doğulmuş və damarında Ukrayna qanı axan Rusiya vətəndaşı olaraq qardaş xalqların müharibəsi və ölümü qarşısında böyük ağrı hiss edirəm", - deyə bildirib.
Əzizə Zeynal