\"Bu, öz kölgəni bıçaqlamağa bənzəyir” - Tanınmış aktyor rus dilini hədəf alanlara səsləndi

\
"Dillə mübarizə aparmaq və ya "dil"ə müharibə elan etmək, öz kölgəni bıçaqlamağa bənzəyir”.
 
Sfera.az bildirir ki, bunu aktyor Azər Aydəmir Rusiya-Ukrayna müharibəsi ilə bağlı son günlər ölkədə rus dilli təhsilin yığışdırılması təklifi barədə danışarkən deyib. O qeyd edib ki, məsələ dildə deyil, bizim incikliyimizdədir:

"Xocalını, 20 yanvarı, 1937-ci il repressiyalarını, Hüseyn Cavidi, Mikayıl Müşfiqi xatırlayarkən biz əsəbiləşirik, acizləşirik, gücsüzlüyümüzdən zəncir çeynəyirik. Nəticədə düşmən olaraq, fizioloji hədəf olmayan rus dilinin üstünə düşürük. Lakin hazırda müharibə tərəfləri və bütün dünya liderləri bu faciəyə son qoymaq üçün aqressora rus dilində müraciət edirlər. Bundan əlavə Ukraynanı dəstəkləyən, Rusiya hakimiyyətinin aqressiv hərəkətinə qarşı çıxan sosial şəbəkə dostlarınız da rusdillilərdir”.

Aktyor əlavə edib ki, rus dilindən imtina etmək, hazırda rus hökumətinin sanksiyalar qarşısında acizliyinə bənzəyir:

"Onu da deyim ki, hər hansı bir dildən və ya digər ölkənin nemətindən imtina etmək və bu qəbildən hərəkətlər, toplumu əsaslandırılmamış "milliyətçiliyə" gətirib çıxarır - bu da bizə soxuşdurulan ideologiya kimi heç də yaxşı şey deyil!  "Milliyətçi” sözünün kökündə, oxunuşundan da hiss etdiyiniz kimi "seleksiya" tonu var. Yəni mən seçirəm: "kim yaxşıdır, kim pis" kimi əhval var, bu yanaşmada. Mən hətta bu kəliməni irqçiliklə də müqayisə edərdim”.

Türkan
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...