Qazsız və işıqsız qalan ermənilər yenə də Moskvaya yalvarır: Kremldən müsbət cavab gəlməsə...

Qazsız və işıqsız qalan ermənilər yenə də Moskvaya yalvarır: Kremldən müsbət cavab gəlməsə...
"44 günlük müharibədən sonra rusların dəstəyi ilə ayaqda qalan separatçı-terrorçu rejim indi çətin vəziyyətə düşüb. Təsadüfi deyil ki, son ümid kimi erməni diasporundan yardım vasitəsilə dəstək axtarışındadır. Ancaq bu səyləri də nəticəsiz qalacaq”.
 
Bu sözləri Rusiyada fəaliyyət göstərən erməni diasporunun (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət etməsini şərh edərkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəyirlər:
 
"Ermənilərin gec-tez bu köməyi istəyəcəyi bəlli idi. Çünki separatçı rejim Qarabağda erməni əhaliyə nəzarət edə bilmir. Sadə vətəndaşlar üçün siyasət o qədər də önəmli deyil. Onlara normal həyat və yaşayış standartları lazımdır. Rejim isə bunu təmin edə bilmir. 
 
Digər tərəfdən, Rusiya-Ukrayna savaşının uzanması rəsmi Moskvanın bütün diqqətini bu müharibəyə ayırıb. Bu da öz növbəsində separatçıların vəziyyətini daha da pisləşdirib. 
 
Rusiyadan istədikləri cavab gəlməsə mümkündür ki, ermənilər Avropa ölkələrinə də bəznər müraciət etsinlər. Separatçı rejim son dəmlərini yaşayır və mövcud vəziyyətlə çox da irəli gedə bilməyəcək”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...