Qərbdən Kremlə DAHA BİR HƏMLƏ - Putinin reytinqini aşağı salmaq üçün ikinci cəbhə açıldı – Şərh

Qərbdən Kremlə DAHA BİR HƏMLƏ - Putinin reytinqini aşağı salmaq üçün ikinci cəbhə açıldı – Şərh
Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə tərəflərin itkiləri də artmaqda davam edir. Xüsusilə Rusiya tərəfinin itkiləri gözləniləndən daha çoxdur. Rəsmi Moskvanın itkilərilərinin günbəgün artması bir sualı aktuallaşdırır. 
 
Rusiya-Ukrayna müharibəsinin uzanması və Kremlin itkilərinin günbəgün artması prezident Vladimir Putinin prestijinə necə təsir edib?
 
Mövzu ilə bağlı Sfera.az-ın suallarını cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Putinin reytinqi hərbi müdaxilər zamanı artıb, ancaq onun üzləşəcəyi məğlubiyyət reytinqinə mənfi təsir edəcək. 
 
"Rusiya Ukrayna ilə müharibədə ilk gündən uğur qazansa və Qərbin reaksiyasi zəif olsa idi, Kreml başçısının reytinqi də artardı. Ancaq hadisələr heç də belə olmadı. 
 
Amerika kəşfiyyatı Putinin beyin pozğunluğu barədə məlumat yayıb. Böyük Britaniyanın "Daily Mail” nəşri isə Rusiya prezidenti Vladimir Putinin Parkinson xəstəliyi və ya xərçəng steroid müalicəsi nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkdiyini yazıb. Məqalədə Rusiya liderinin şişkin göründüyü, üzünün oval forma aldığı və qonaqlarla "absurd” məsafə saxladığı bildirilib. Nəşr iddia edib ki, Putinin son beş il ərzində qərar qəbul etməsində nəzərəçarpacaq dəyişiklik olub. Yazıda iddia edilib ki, Kreml sahibinin ətrafındakılar onun dedikləri və dünyanı necə qavraması ilə bağlı idrak və aydınlıqda nəzərəçarpacaq dərəcədə dəyişikliyi müşahidə edirlər.
 
Bu tipli məqalələr Qərblə Rusiya arasında informasiya savaşının tərkib hissəsinə oxşayır. Hazırda bu tipli məqalələr internetdə, sosial şəbəkələrdə və dünyanın müxtəlif saytlarında geniş yayılıb. Bu məqaləni Putinin ətrafındakılar da oxuyaraq özlərinə sual verəcəklər: "Bəlkə məqalədə yazılanlarda həqiqət payı var, onda Putinin yanlış qərarları bizi uçuruma aparır, onu dayandırmaq lazımdır”. Qərbə də bu lazımdır.
 
Bu xəbəri oxuyanlar Kreml sahibinin ətrafının kimə xidmət etdiyini anlamalıdır”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...