Putinə qarşı çevriliş olacaq - Sabiq nazirdən İDDİA

Putinə qarşı çevriliş olacaq - Sabiq nazirdən İDDİA
Rusiya Federasiyasının ilk xarici işlər naziri olan Andrey Kozirev Ukraynanın işğalı ilə əlaqədar ölkə prezidenti Vladimir Putinə qarşı çevriliş ehtimalının olmasını müdafiə edib.
 
Sfera.az xəbər verir ki, Kremldəki bəzi şəxslərin çevriliş planlaşdıracağına inandığını ifadə edən Kozirev siyasi gələcəyini təhlükəyə atan Putinin çevriliş yolu ilə və ya təqaüdə məcbur edilərək işini tərk edə biləcəyini iddia edib:
 
"Çarların çoxu hansısa yolla işdən çıxarılıb. Hələ Sovetlər İttifaqı dövründə də müxtəlif yollar olub. Stalini zəhərləyib, Xruşşovu Kremldən qovublar. Düşünürəm ki, Putinə qarşı artan müqavimət və narazılıq da nəticəsiz qalmayacaq. Rusiyanın tarixi gözlənilməz hadisələrlə doludur”.
 
ABŞ-də yaşayan 70 yaşlı sabiq nazir müharibədə Putinin qələbə qazanacağına şübhə etdiyini də bildirib:
 
"Ukraynanın bir neçə şəhəri alınsa belə, Putinin bu müharibədə qalib gəlməsi mümkünsüz olacaq, çünki o, xalqa qarşı mübarizə aparır. Putin nüvə silahından istifadə etməyəcək”, - deyə Kozirov qeyd edib.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...