Makron, Şolz və Putin arasında DANIŞIQ - Ukrayna məsələsi GÜNDƏMDƏ
Kateqoriya məlum deyil
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Sfera.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RBC-yə verdiyi açıqlamada söhbətin davam etdiyini təsdiqləyib
Üçtərəfli danışıqların planlaşdırıldığı barədə martın 11-də məlumat verilib. Ehtimallara görə, dövlət başçıları Ukraynadakı vəziyyəti və mülki əhali üçün humanitar dəhlizlərin təmin olunmasını müzakirə edəcəklər.
Əzizə Zeynal






