Antiterror əməliyyatı başlaya bilər - İrəvan Bakının 5 maddəlik SÜLH PAKETİ təklifinə necə cavab verəcək?

Antiterror əməliyyatı başlaya bilər - İrəvan Bakının 5 maddəlik SÜLH PAKETİ təklifinə necə cavab verəcək?
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiyini bildirib.
 
Sənəddə aşağıdakı məsələlərin ola biləcəyini deyib:
 
1. Ermənistan Azərbaycanla demarkasiya-delimitasiyaya 70-ci illərin xəritəsi əsasında getməlidir. 
 
2. Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımalıdır.
 
3. Nəqliyyat yolları açılmalı, Qərbi Zəngəzur dəhlizinə xüsusi status verilməlidir.
 
4. Qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün danışıqlara başlanılmalı və ya maddi təzminat ödənməlidir.
 
5. Ermənistan anklavları tərk etməlidir. 
 
5 maddənin hər biri əslində rəsmi Bakının başından bəri irəli sürdüyü tələblərdir. Yəni tələblər arasında yeni bir bənd yoxdur. Bununla belə tələblərin indiki məqamda sülh paketi kimi özü də vasitəçi olmadan birbaşa Ermənistan tərəfinə təklif edilməsi diqqət çəkir. 
 
Mümkündür ki, Azərbaycan sülh danışıqları ilə bağlı Ermənistana təzyiq edərək prosesin mümkün olduğu qədər tez yekunlaşmasını istəyir. Erməni tərəfinin Bakının bu təklifinə necə cavab verəcəyinə gəldikdə isə ehtimal ki, şərtləri qəbul etməyəcəklər. O zaman sual yaranır:
 
Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh paketini qəbul etməsə nə baş verəcək?
 
Azərbaycan bu halda artıq güc metodunu işə salmaq məcburiyyətində qalacaq. 
 
Son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhmərmalıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin atəşkəsi pozması, təxribatların intensivləşməsi ən əsası da Azərbaycan silahlı qüvvələrinin düşmənə adekvat cavab verməsi bu versiyanı gücləndirir. Yeri gəlmişkən, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Rusiya sülməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən qanunsuz erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına münasibət bildirərkən deyib ki, "Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək”.
Xələfovun sözlərindən belə bir nəticəyə gələ bilərik ki, rəsmi Bakı təklifin rədd edilməsi təqdirində antiterror əməliyyatlarına başlamaq niyyətindədir. İndiki məqamda Azərbaycan bunu edə bilər. Bunun üçün hüquqi əsaslar da var. Qarabağda aparılacaq ehtimal antiterror əməliyyatları həm də Ermənistanı sülhə məcburetmə əməliyyatı olacaq.
 
Bakı Zəngəzur dəhlizindən imtina etməyib! 
 
Məlum olduğu kimi, Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirildi. Görüş zamanı Azərbaycan ilə İran arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.
 
Bir çox insan imzalanan Anlaşma Memorandumunu yanlış anladı. Xüsusilə də bunun Zəngəzur dəhlizini sıradan çıxaracağı düşünüldü. Halbuki Azərbaycanın Ermənistana təklif etdiyi Sülh paketindəki maddələrdən birində "Nəqliyyat yolları açılmalı, Qərbi Zəngəzur dəhlizinə xüsusi status verilməlidir” qeyd edilir. Göründüyü kimi, rəsmi Bakı Zəngəzur dəhlizindən imtina etməyib, əksinə bunu İrəvan qarşısında şərt kimi qoyub!
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR