“McDonald's” Rusiyada restoranların bağlanacağı tarixi açıqladı – 160 min insan işsiz qalacaq
Media
15:13 / 11.03.2022
1023
"McDonald's” Rusiya ərazisində şəbəkə restoranlarının fəaliyyətini martın 14-dən müvəqqəti dayandırmağı planlaşdırır.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı şirkətin mətbuat xidməti açıqlayıb.
"McDonald's” Rusiya işçiləri və təchizatçıları qarşısında öhdəliklərini yerinə yetirəcəyini də bildirib. Şirkət bu öhdəliklərinə görə ayda 50 milyon dollara qədər pul xərcləyəcək.
Rusiyada "McDonald's” sistemində 62 mindən çox insan, tədarükçülərin müəssisələrində isə 100 mindən çox insan işləyir.
Vasif