Şeyma Subaşı misirli sevgilisindən ayrıldığını açıqladı - Səbəb son paylaşdığı fotodur?

Şeyma Subaşı misirli sevgilisindən ayrıldığını açıqladı - Səbəb son paylaşdığı fotodur?
Türkiyəli fenomen Şeyma Subaşı misirli sevgilisi Məhəmməd Əlsaloussidən yenidən ayrılıb.
 
Sfera.az bildirir ki, bu barədə o, sosial media hesabından paylaşım edib. Subaşı, münasibətinin bitdiyini bu sözlərlə ifadə edib:

"Meedo Alsaloussi ilə təxminən 1,5 ildir ki davam edən münasibətimizə qarşılıqlı razılaşma əsasında son qoymaq qərarına gəldik. Hər münasibətdə olduğu kimi, biz də fikir ayrılığı yaşadıq. Aldığımız bu qərara və yaşadığımız həssas prosesə görə, dəyərli izləyicilərim və mətbuat mənsublarından anlayış gözləyirəm”.
Sevgilisindən ayrılan Subaşı əşyalarını yığaraq Türkiyəyə qayıdıb.
 
Ayrılığın səbəbi ilə bağlı müzakirələr isə baş alıb gedib. Belə ki, Şeyma ayrılıq xəbərini vermədən öncə "Instagram"a lüt fotosunu yükləyib. Həmin fotonu dərhal silib, sonra təkrar yükləməsi və ardınca sevgilisi ilə ayrıldığını açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ayrılığa məhz həmin fotonun səbəb olduğunu iddia ediblər. 

Xatırladaq ki, evlənəcəkləri gözlənilən cütlük daha öncə də bir neçə dəfə ayrılıb barışmışdı. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....